Tehran hədələdi: "İranlı alimlərə hücumlar olsa..."
11 Sentyabr 2018 16:48 Sosialİranın nüvə sahəsində məşğul olan alimlərinə yeni hücumlar baş verəcəyi təqdirdə Tehran sərt addımlar atacaq.
Bunu İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.
Salehi bəyan edib ki, bu cür hücumların cavabları çox sərt olacaq.
Xatırladaq ki, 2010-2012-ci illərdə İranın nüvə proqramı ilə məşğul üç alimi partlayışlar nəticəsində həlak olmuşdu.
İran bu hadisələrdə ABŞ və İsraili günahlandırmışdı.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31