İcazəsiz ov etmək istədilər
11 Sentyabr 2018 13:45 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən reyd keçirilib. Olaylar.az bildirir ki, Ağzıbir ovçuluq təsərrüfatına müvafiq icazə olmadan daxil olan Şabran rayon sakini Hətəm Teyyubov, Şamaxı rayonunun dağlıq ərazisində isə ova cəhd edən Bakı şəhər sakini Nazim Rzayev saxlanılıb. Onlardan iki ov tüfəngi, on bir patron götürülüb.
Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31