31-ci Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

2019-cu ildə məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadası (İOİ) Azərbaycanda təşkil olunacaq.

2019-cu ildə məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadası (İOİ) Azərbaycanda təşkil olunacaq.

Olaylar.az bildirir ki, bu barədə qərar 30-cu Beynəlxalq İnformatika Olimpiadasının Yaponiyanın Tsukuba şəhərində keçirilən yekun tədbirində verilib. Təşkilatçılar tərəfindən İOİ-nin bayrağı ölkəmizin Təhsil nazirinin müavini Firudin Qurbanova təqdim edilib.

Qeyd edək ki, respublikamız bu tədbirdə 24 dəfə, ümumilikdə 55 azərbaycanlı məktəbli ilə təmsil olunub. Şagirdlərimiz olimpiadadan bu günədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31