Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub
11 Sentyabr 2018 13:02 SosialBakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib.
2012-ci ildən idarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva sentyabrın 4-də öz xahişi ilə tutduğu vəzifədən azad olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov "Report"a faktı təsdiqləyərək bildirib ki, bu vəzifəyə Merli Veyisova təyin edilib.
M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Elmira Əliyevanın işdən azad olunması ilə bağlı xəbəri ilk olaraq Open.az saytı yayıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31