Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə tədbir keçirilib
7 Sentyabr 2018 13:21 SosialAzərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi "Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər" mövzusunda birgə tədbir keçirib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Aİİ-nin müəllimləri dosent Elvüsal Məmmədov, dosent Anar Qafarov, ilahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev və mərkəzin əməkdaşı Gündüz Nəsibovun iştirakı ilə keçirilən tədbirdə mövzu ətrafında diskussiya aparılıb.
Tədbirdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan din siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Məlumat üçün bildirək ki, Aİİ Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb.