Yasamalda maarifləndirici tədbir
7 Sentyabr 2018 13:03 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yasamal Heydər Əliyev Mərkəzində "Ənənəvi İslami dəyərlər dini ekstremizmə qarşı" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyəti başçısının birinci müavini, Dini məsələlər üzrə komissiyanın sədri Elçin Rzayev ölkədə dini maarifləndirmə istiqamətində aparılan işin əhəmiyyətindən söz açıb, Bilik Fondu ilə birgə müxtəlif mövzularda maarifləndirici tədbirlərin ənənəvi hal aldığını qeyd edib.
Mühazirəçi qismində "Ənənəvi İslami dəyərlər və müasirlik" mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri əvəzi Cahandar Əlifzadə İslam dininin qardaşlıq, sülh, bərabərlik dini olduğunu vurğulayıb, bu baxımdan İslam fəlsəfəsinin geniş kütlələrə çatdırılması istiqamətində alimlər qarşısında hələ çox mühüm vəzifələr durduğunu qeyd edib. Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev "İslami dəyərlər və dini ekstremizm: hüquqi yanaşma" mövzusunda çıxış edərək milli-mənəvi dəyərlərin, o cümlədən, ənənəvi islami dəyərlərin mühafizəsinin konstitusiyon-hüquqi əsaslarından danışıb.