Bakıdakı subasma sahələrinin ADLARI açıqlanıb
7 Sentyabr 2018 10:49 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) subasma sahələrinin müşahidə edildiyi əraziləri açıqlayıb.
ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə deyib ki, Binəqədi rayonunda 1-ci mədən yaşayış sahəsində, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginik müşahidə edilir.
Mütəxəssis bildirib ki, Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivində, Zabrat-Məhəmmədi, Savalan subasma sahəsində, Xəzər rayonu Qala qəsəbəsində subasma sahəsində stabil gərginlik var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31