"Qafqaz İslam Ordusu və Bakının qurtuluşu -100” adlı tədbir keçiriləcək

Sentyabrın 13-də İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyinə həsr olunmuş "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu - 100" mövzusunda konfrans keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a İctimai Birliyin icra katibi İlqar İlkin verib. Bildirib ki, eyni tarixdə, saat 18.00-da Rəşid Behbudov adına Mahnı Teatrında Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı ilə "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu -100" adlı ədəbi-bədii tədbir keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31