Misirdə Dünya Gənclər Forumu

Noyabr ayının 3-dən 6-na dək Misirin Şarm əl-Şeyx şəhərində Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri Əbdul Fəttah əl-Sisinin himayəsi altında və iştirakı ilə II Dünya Gənclər Forumu təşkil olunacaq.

Olaylar.az bildirir ki, Azərbaycan ictimaiyyətində nüfüza malik və müxtəlif sahələrdə müstəsna əməyi olan azərbaycanlı gəncləri dünyanın ən nüfuzlu forumlarından biri olan bu forumda iştirak etməyə dəvət edirik.

Qeyd edək ki, əlavə məlumat almaq və forumda iştirak etmək istəyənlər forumun elektron ünvanında(wyfegypt.com) qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçən hər kəsdən Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə müraciət etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31