8 ay ərzində bruselyoz xəstəliyinə qarşı 1471330 baş xırdabuynuzlu heyvanda peyvəndləmə aparılıb
6 Sentyabr 2018 13:50 SosialCari ilin yanvar-iyul ayları ərzində Azərbaycan ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirləri aparılıb. Bu barədə məlumat "OLAYLAR"-a Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsindən daxil olub. Bildirilib ki, 2018-ci ilin ilk 8 ayı ərzində bruselyoz xəstəliyinə qarşı 1471330 baş xırdabuynuzlu heyvanda "Rev-1" vaksini ilə, 366947 baş iribuynuzlu heyvanda "S-19" vaksini ilə peyvəndləmə işləri aparılıb.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 2018-ci ilin ilk 8 ayı ərzində 518760 baş iribuynuzlu, 150764 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.
Hazırda ölkə ərazisində bruselyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirləri davam etdirilir.