Atmosfer havasında müşahidə olunan tozun miqdarı
6 Sentyabr 2018 13:29 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında tozun miqdarının bir qədər azalaraq sanitar normadan 2,8 dəfə yuxarı olduğu qeydə alınıb.
Qeyd edək ki, bu göstərici 3,6 dəfə sanitar normadan yuxarı olub.
Xatırladaq ki, buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır. Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31