Dünyanın ən iri arxalı modeli İTV-də - "Belim üstündə yata bilmirəm"
6 Sentyabr 2018 13:23 SosialDünyanın ən iri arxalı "model"i İTV-nin "bu səhər" verilişinin qonağı olub.
Hazırda dünyanın ən iri arxalı "model"i hesab olunan isveçli Nataşa Kraun (Natasha Crown) Britaniyanın İTV kanalında yayımlanan "This morning" verilişinə qatılıb.
Studiyada oturmaqda çətinlik çəkən Nataşa qəribə görünüşü ilə aparıcıları təəccübləndirib.
Əvvəllər şokolad və fəstfud qidaları yeməklə arxasının şişdiyini söyləyən Nataşa sonradan bir neçə dəfə əməliyyat keçirdiyini açıqlayıb. O bildirib ki, braziliyalı həkimlər bildirib ki, növbəti əməliyyat ölümlə nəticələnə bilər.
"Əvvəllər iri arxalı qadınlardan biri idim. İndi isə ən böyük omba məndədir. Çox ağırdır. Gəzməkdə çətinlik çəkirəm, qaça, arxası üstündə yata bilmirəm", - Nataşa şikayətlənib.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31