Bakı Metropoliteninin əməkdaşı dünyasını dəyişdi
3 Sentyabr 2018 15:03 SosialBakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı dünyasını dəyişib.
Qurumun mətbuat xidmətinin əməkdaşı Yusif Yusifzadə vəfat edib.
Y.Yusifzadə uzun illər Bakı Metropolitenində çalışıb. Son illərdə isə o qurumun mətbuat xidmətinin əməkdaşı, tərcüməçi kimi fəaliyyətini davam etdirib.
Məlumata görə, son vaxtlar xəstəlikdən əziyyət çəkən Y.Yusifzadə bu gün səhər saatlarında 81 yaşında evində dünyasını dəyişib.
Allah rəhmət eləsin!
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31