Eldar Əzizov Bakıda binaların görünüşünə xələl gətirən elementlərin yığışdırılmasını tapşırıb

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müavini Eldar Əzizov paytaxtda yaşayış və qeyri-yaşayış binalarının estetik görünüşünə xələl gətirən elementlərin yığışdırılması ilə bağlı tapşırıq verib.

Tapşırığa əsasən, əcnəbi dildə reklamlar, quraşdırıldığı yerə uyğun olmayan reklam konstruksiyaları sökülür.

Bundan başqa, yaşayış binalarının görünüşünə xələl gətirən paltar asmaq üçün nəzərdə tutulan dəmir konstruksiyalar da yığışdırılır.

Hazırda bu istiqamətdə işlər əsasən Yasamal, Nərimanov və Nizami rayonları ərazisində aparılır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31