Bakının işğaldan azad edilməsinin 100 illiyi qeyd ediləcək
3 Sentyabr 2018 12:46 SosialBakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar Azərbaycanda silsilə tədbirlər keçiriləcək.
"OLAYLAR"-ın xəbərinə görə, tədbirlərdə iştirak etmək üçün qardaş Türkiyədən də İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlunun rəhbərliyi ilə bir qrup nümayəndə heyəti ölkəmizə səfər edəcək. Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Türk Şəhidliyini ziyarət edəcək, yubiley tədbirlərinə qatılacaq. Həmçinin Türkiyədən gələn nümayəndə heyəti Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Salyan rayonunda keçiriləcək tədbirlərə də qatılacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31