Qubanın Torpaq şöbəsinin keçmiş rəisindən olan şikayətlərə Ali Məhkəmədə baxıldı

Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayonu şöbəsinin rəisi vəzifəsində işləmiş Allahverdi Xudaverdiyevin yol verdiyi saxtakarlıqlarla bağlı şikayətlərə Ali Məhkəmədə baxılıb. 

"OLAYLAR"-ın verdiyi xəbərə görə, Allahverdi Xudaverdiyevin saxtakarlıqlarının qurbanı olmuş yüzlərlə vətəndaşın   pozulmuş hüquqları qanun çərçivəsində bərpa olunub.

Məlumat üçün qeyd edək ki, Allahverdi Xudaverdiyev Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayonu şöbəsinin rəisi vəzifəsində işlədiyi zaman saxta yolla yüzlərlə Dövlət Aktı kadastr planı verib. Sabiq rəis tərəfindən saxta yolla verilən Dövlət Aktı kadastr planını təsdiqlətmək istəyən vətəndaşlar isə "sürpriz"lə qarşılaşıblar. Belə ki, vətəndaşlara Əmlak Məsələləri üzrə Dövlət Komitəsində həmin Dövlət Aktları kadastrı planlarının əslinin olmadığı bildirilib.

Bu azmış kimi Allahverdi Xudaverdiyev yol verdiyi saxtakarlıqların nə zamansa üzə çıxacağından ehtiyat edərək  Quba rayon Notariat Arxivinin yandırılmasına da nail olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31