Bakının bu istiqamətində hərəkət məhdudlaşdırılır - - Dəmir yol xətti ləğv edilir
3 Sentyabr 2018 11:31 SosialBu gündən başlayaraq 3 gün ərzində Bakının Səbail rayonunun Neftçilər prospektində, limana gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədar təmir-bərpa işləri aparılacaq.
Olaylar.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar prospektdə hərəkət qismən məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə, Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31