Məşğulluq probleminin həllinə töhvə
31 Avqust 2018 14:31 SosialYeni qanun aktiv məşğulluq tədbirlərinin miqyasının genişləndirəcək
Hazırda məşğulluq problemi dünya ölkələrini cənginə almaqdadır. Hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə işsizlik məsələsi aktual olaraq qalır. Dünyada baş verən qlobal maliyə böhranı və miqrasiya məsələləri işsizliyin səviyyəsiini artmasana səbəb olub. Belə bir şəraitdə Azərbaycanda işsizliyin səviyyəsinin minimuma endirilməsi istiqamətində kifayəq qədər effektli tədbirlər həyata keçirilib. Nəticədə ölkədə rəcmi işsizliyin səviyəsi illik hesablamada 0,3% bənd azalaraq 5,6% təşkil edib ki, bu da əksər Avropa ölkələrinin göstəricilərindən aşağıdır. Yeni iş yerlərinin yaradılması istiqamətində dövlət siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində təkcə son 15 ildə on minlərlə yeni iş yeri açılıb ki, bunun əksəriyyəti daimi iş yerləridir. Lakin bütün görülən işlərə, həyata keçirilən tədbirlərə baxmayaraq hələ də ölkədə məşğulluq problemi müşahidə olunmaqdadır. Son məlumata görə, ölkədə yeni-yeni iş yerlərinin açılmasına baxmayaraq çoxlu sayda iş yerləri bağlanıb. Bəs, belə bir vəziyyətin yaranmasına səbəb nədir?
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkənin dinamik tərəqqisi şəraitində yeni iş yerlərinin açılmasının daimi xarakter almasına, əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində dövlət siyasətinin güclənməsinə şərait yaradıb. Elə bu səbədən də ölkədə "Məşğulluq haqqında" yeni qanun qəbul edilib. Belə ki, Azərbaycan Respublikası Prezidenti "Məşğulluq haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə" Fərman imzalayıb.Heç şübhəsiz ki, yeni qanun əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aparılan dövlət siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqi ilə səmərəli iş mexanizmlərinin formalaşdırılmasına, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə xidmət edir. Xatırladaq ki, ilk dəfə 2 iyun 2001-ci il tarixində "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilib. Ötən dövrdə həyata keçirilən sosial-iqtisadi inkişaf prosesləri, aparılan köklü islahatlar, aktiv məşğulluq tədbirlərinin miqyasının genişlənməsi, özünüməşğulluq proqramının icrası, məşğulluq xidmətlərində, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində yeni yanaşma və mütərəqqi iş mexanizmlərin tətbiqi, işsizlikdən sığorta sisteminin qurulması və s. məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə və bu sahədə yeni qanunun qəbul olunmasına əsas yaradıb.
Ancaq etiraf edilməlidir ki, məşğulluq probleminin yaranmasında subyektiv faktorlar əhəmiyyətli dərəcədə rol oynayır. Bu sünii faktorlar xarici və müştərək müəssisələrdən tutmuş transmilli şirkətlər, eləcə də özəl sektor və dövlət müəssisələrini əhatə edir. Baxmayaraq ki, ölkə qanunvericiliyində sadalanan müəssisə və təşkilatlarda vətəndaşların çalışmaları üçün qaydalar, güzəştlər və hətta kvotalar müəyyən edilib, lakin reallıqda işəgötürənlər öz yazılmamış qaydalarını tətbiq edirlər. Məsələn, bəzi işəgötürənlər heş bir yazılmış qanuna sığmayaraq işə qəbul üçün maksimum yaş müddətinin 25-30 olmasını, əlavə olaraq, həmin sahə üzrə bir neçə illik iş təcrübəsinin olmasını tələb edirlər ki, bu da yeni işə qəbul olunmaq istəyən gənclərin iş tapmasına ciddi maneələr yaradır. İngilis və rus dillərini bilməyənlərin üzünə belə baxmırlar. Belə qaydalar, dövlət qulluğuna qəbulla yanaşı özəl sektorda da tətbiq edilməkdədir. Hüquq mühafizə orqanlarında isə birmənalı olaraq gənclər üçün işə qəbul həddi 30 yaşla tamamlanır. Digər bir məsələ iş stajı ilə bağlıdır ki, hazırda ali təhsili bitirən əksər gənclər bu problemi yaşamaqdadır. Xatırladaq ki, indi gənclər ali təhsili əsasən 22 yaşında bitirir, onların təhsil müddətində iş stajı əldə etməsi isə mümkünsüz görünür. Belə halda onlardan ən azı 2 illik iş stajının tələb edilməsi heç bir məntiqə sığmır. İşləyən şəsxlərin 65 yaşından təqaüdə göndərilməsi isə əlavə problemlər yaradır. Nəzərə almaq lazımdır ki, hazırda pensiyaların təyinatı işçinin ödədiyi sosail sığorta haqqına görə müəyyən edilir. Əksər işəgötürənlər ikili mühasibat sistemi tətbiq etdiyindən işçilərin böyük hissəsi bu ödəməni təmin etməkdən məhrumdurlar. Belə halda onların yaşa görə alacaqları pensiya heç onların gündəlik tələbatını ödəməyə yetərli olmayacaq. Yaxın 5-6 ildən sonra bu kateqoriyadan olan insanların yaşam tərzini təsəvvür etmək olduqca ağrılıdır. Qadınların işlə təminatı məsələsi isə tamamilə acınacaqlı bir hal alıb. Çünki onların işə götürülməsi üçün xüsusi qaydalar tətbiq edilməkdədir. Belə ki, sahibkarların öz istəkləri və zövqlərinə uyğun qaydalar tətbiq etməsi qadınların qarşısında keçilməz bir baryer yaradır. Daha dəqiq, qadınların şalvar, yaxud qısa ətəkdə, saçlarının saraldılması ilə işə cəlb edilməsi tələbi onlar üçün əməlli başlı problem yaradır. Yeri gəlmişkən belə tələblər həm yerli, həm də xarici şirkətlərin iş elanlarında açıq-aşkar əksini tapır. Üstəlik bir neçə xarici dilin bilməsinin tələb edilməsi indiki şəraitdə gülünc görünür. Təsəvvür edin ki, adi referent işləmək üçün bir neçə xarici dilin bilməsinin tələb edilməsi insanların əl-qolunu bağlamış olur. Onu da qeyd edək ki, hazırda işləyən qadınlar bir sıra problemlərlə üzləşmək zorunda qalırlar. Qadınların analıq məzuniyyəti, körpə uşaqlara qulluqla bağlı qanunvericilikdə müəyyən edilmiş güzəştlərin tətbiqi demək olar ki, işəgötürənlərin marağında deyil. Bu kimi əmək hüquqlarını tələb edən qadınlar analıq məzuniyyəti adı altında işdən kənarlaşdırılır. Ona görə də bəzi qadınlar uşaq dünyaya gətirdiyi günə qədər işləmək məcburiyyətində qalırlar. Vəziyyət o həddə çatıb ki, əhalinin işlə təmin edilməsində yardımçı rolunu oynayan məşğulluq mərkəzlərinin göndərişləri işəgötürənlərin prinsiplərini adlaya bilmir. Yeri gəlçişkən qeyd edək ki, bəzi dövlət və özəl müəssisələrin vakant iş yerlərini gizlətməsi məşğulluq probleminin həllində əməlli-başlı maneə yaradır.
Xatırlqdaq ki, "Məşğulluq Haqqında" Azərbaycan Respublikası Qanununda sosial müdafiəyə xüsüsi ehtiyacı olan vətəndaşlar kateqoriyası müəyyən edilib. Belə ki, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlillər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, məcburi köçkünlər, müharibə veteranları və şəhid ailələri bu kateqoriyaya daxildir. Lakin işəgötürənlər müxtəlif bəhanələrlə qanunun icrasından yayınırlar. Nəzərə almaq lazımdır ki, son illər Azərbaycanda qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəli nəticələr verməsinə imkan yaradıb. Üstəlik ölkənin məşğulluq strategiyası əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin etməyə hədəflənib. Makroiqtisadi sabitliyin və qeyri-neft sektorunun tarazlı inkişafının təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi sözügedən strategiyada əksini tapıb. Üstəlik yeni qanun əhalinin məşğuluq probleminin həllində əhəmiyyətli rol oynayacaq.
Alim