Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli əməkdaşı vəfat edib
31 Avqust 2018 11:47 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) vəzifəli əməkdaşı xəstəlikdən vəfat edib.
ETSN yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Aerogeodeziya müəssisəsinin direktoru Elçin Məhərrəmov 55 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, 1963-cü il təvəllüdlü E.Məhərrəmov Moskva Geodeziya, Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunu bitirib. 1986-cı ildən geodeziya sistemində işləyib. O, 2011-ci ildən Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru vəzifəsində çalışırdı.
Allah rəhmət eləsin!
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31