Havada tozun miqdarı sanitar normadan 5,6 dəfə yuxarıdır

Atmosfer havasında müşahidə olunan tozun miqdarı açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında saat 16:00-da tozun miqdarında cüzi artım müşahidə olunub. Belə ki, tozun miqdarının sanitar normadan 5,6 dəfə yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4 dəfə sanitar normadan yuxarı olub.

Qeyd edək ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə toz-dumanının daxil olmasıdır və belə tozlu hava şəraitinin 2 gün davam edəcəyi proqnozlaşdırılır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31