Bakıda toz dumanı: Bu şəxslər açıq havaya çıxmasın

Bu gün ölkəmizdə müşahidə olunan toz dumanına görə xüsusilə uşaqlar, yaşlılar və xəstələr ehtiyatlı olmalıdır.

Bu sözləri  ekspert Adil Qeybulla deyib. O bildirib ki, bu tozlar insanlarda müəyyən xəstəliklər əmələ gətirə bilər:

"Bu tozlar ölkəmizə digər ölkələrdən gəldiyi üçün onların tərkibi də fərqli olur. Təhlükəli vəziyyət o zaman ola bilər ki, bu tozların tərkibində radioaktiv elementlər olsun, amma bununla bağlı hər hansı sübut yoxdur. İstənilən halda bu tozun nəfəs yollarına daxil olaraq, təhlükə yaratma ehtimalı yüksəkdir. Nəfəs yollarında qıcıqlanması olan və ağciyər xəstəliklərindən əziyyət çəkən şəxslər xüsusilə diqqətli olmalıdırlar. Toz olan zaman ağız maskalarından istifadə etmək məsləhətdir.

Bununla yanaşı, tozla təmas müddətini azaltmaq lazımdır. Yaxşı olardı ki, toz dumanı olan zaman evin pəncələri bağlı olsun. Tozun otağa daxil olmasının qarşısını almaq və açıq havada mümkün qədər az olmaq lazımdır. Xəstəlikdən əziyyət çəkən insanlar bu kimi hallarda xüsusilə diqqətli olmalıdırlar".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Türkmənistandan daxil olan toz səbəbindən Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 5,4 dəfə yuxarı olması haqqında məlumat yayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31