Sərxan Kərəmoğlunun verilişini ona verdilər
30 Avqust 2018 13:46 SosialSərxan Kərəmoğlunun aparıcılığı ilə Lider Televiziyasında yayımlanan "Xoş gəldin" verilişini idarə edəcək şəxs bəlli olub.
Kərəmoğlunun aparıcılığı ilə efirə gedən "Xoş gəldin" verilişi gələn həftənin çərşənbə axşamından etibarən həftə içi beş gün canlı yayımlanacaq. Telekanalın rəhbəri verilişi aşıq Namiq Fərhadoğluna həvalə edib. Verilişin formatı isə dəyişməyəcək.
Sayta açıqlama verən Namiq Fərhadoğlu xəbəri təsdiqləyib.
Xatırladaq ki, Mətanət Əsədova ilə qalmaqal yaşadıqdan sonra Sərxan Kərəmoğlu sözügedən verilişdən uzaqlaşdırılıb.
/Yeniçağ.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31