Məktəblər də hazırdır, müəllimlər də, kitablar da...

Bu il 165 min 780 şagird birinci sinfə gedəcək

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Valideynlər artıq hazırlıqlara başlayıblar - məktəb bazarlığı edilir, dükan-bazarlar uşaqlı analarla dolub-daşır. Bəs 2018-2019-cu il tədris  ilində məktəblərdə nə kimi dəyişikliklər olacaq? Hazırlıqlar bitibmi?

Bu il 165 min 780 şagird birinci sinfə gedəcək. 2018-2019-cu tədris ilində birinci sinifə 165780 şagirdin qəbulu proqnozlaşdırılır.  Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir. Yeni təhsil ilinə daha çox müəllim heyəti cəlb olunub. Belə ki, müəllim olmaq istəyən namizədlərin müsahibə mərhələsi başa çatıb.

Bundan başqa, bu il məktəbəhazırlıq qruplarına cəlb olunma faizinin 75 faiz civarında olması planlaşdırırlır. Nazirlikdən bildirdilər ki, 2020-ci ilə qədər bu faizin 90 faizə qədər artırılması gözlənilir.

Müxtəlif bölgələrdə yeni məktəb binalarının tikintisi, cari təmiri davam etdirilir. 34 yeni ümumorta və tam orta məktəbin tikintisi aparılır. 22 məktəb binasında əsaslı təmir işləri aparılır.  2018-ci ildə repspubklika 137 modul tipli məktəbin quraşdırılması yekunlaşdırılacaq. Ölkə üzrə 193 məktəbdə hazırda işlər davam etdirilir.

Yeni təhsil işinə daha çox müəllim heyəti cəlb olunub.  3627 namizəd bu mərhələdən keçərək müəllim adını qazanıb və müəllim olaraq məktəblərə təyin ediliblər. İkinci mərhələ ir neçə gündən sonra başa çatacaq. Yeni işləyən müəllimlərin sayı artırılacaq.

2018-2019-cu tədris ili üzrə asan peşə layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir. Bir neçə ildier, nazirlik asan xidmətlə bərabər asan peşə layihəsini aparır.

Bu il 2018-2019 tədris ili çərçivəsində dövlət peşə təhsil müəssisələrinə sənəd qəbul edib. 26 avqusta qədər davam edib. 10.126 nəfər qeydiyyatdan keçib.

Keçək dərsliklər məsələsinə. 2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 milyon 726 min 29 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Şagirdlər dərslikləri sentyabrın 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə edə bilərlər. Dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.

Dərsliklər hər şagirdə bir tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən dörd ildir. Nazirlikdən həmçinin bildirdilər ki, bu tədris ilində məktəblilərin dərsliklərlə təmin olunma məsələsində problem olmayacaq.

"Yeni Müsavat"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31