Özbəkstan Prezidenti Vahid Ələkbərovu "Dostluq" ordeni ilə təltif edib
30 Avqust 2018 11:09 SosialÖzbəkstan Prezidenti Şavkat Mirziyoyev ölkənin müstəqilliyinin 27-ci ildönümü ərəfəsində Rusiyada fəaliyyət göstərən azərbaycanlı sahibkar Vahid Ələkbərovu "Dostluq" ordeni ilə təltif edib.
V.Ələkbərov Özbəkistanın neft-qaz kompleksinin inkişafında və karbohidrogen resurslarından istifadənin səmərəliliyin artırılmasında töhfəsinə görə təltif edilib.
Müvafiq sənəddə V.Ələkbərovun ölkədə karbohidrogen xammalının emalı və hasil edilməsi zamanı innovasiya texnologiyalarının tətbiqində xidmətləri qeyd olunur.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31