Bu kadrlar sizi şoka salacaq - Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO
28 Avqust 2018 22:03 SosialBakıda marşrut sürücüsü azyaşlı uşağı qucağında otuzduraraq avtobus idarə edib. Həmin vaxt sərnişinlərdən biri sürücünün şəklini çəkərək chr("39")chr("39")Xəzər Xəbərchr("39")chr("39")in votsap nömrəsinə göndərib. Sərnişin iddia edir ki, sürücü uşaq ağladığı üçün onu qucağında otuzdurub avtobusu sürüb. Əməkdaşlarımız məsələni daşıyıcı şirkətlə araşdırıb.
Olaylar.az xezerxeber.az-a istinadən bildirir ki, sürücü qucağında azyaşlı uşağı otuzduraraq avtobus idarə edir.
Foto ötən gün paytaxtın Nərimanov rayonunda, 24 saylı xəttdə hərəkət edən marşurut avtobusunda sərnişinlərdən biri tərəfindən çəkilib.
Şəkli göndərən xanım sərnişinin sözlərinə görə, metronun chr("39")chr("39")Nərimanovchr("39")chr("39") stansiyasının yaxınlığında bir azyaşlı uşaq atası ilə avtobusa minib. Uşaq bir müddət sonra ağlamağa başlayıb. Atası onu sakitləşdirmək istəsə də, buna nail ola bilməyib. Xanım sərnişinin dediyinə görə, sürücü uşağı yanına çağıraraq qucağında otuzdurub, daha sonra avtobusu idarə etməyə başlayıb. Həmin vaxt sərnişin sürücünün şəklini çəkib.
Humanistlik etmək istəyən sürücü uşağı sakitləşdirmək niyyəti ilə qucağında otuzdursa da o, bu hərəkəti ilə həm sərnişinlərin, həm də uşağın həyatını təhlükəyə atır. Yəni sükan arxasında diqqəti yayındıracaq hərəkətlərə yol verir.
Məsələ ilə bağlı sözügedən daşıyıcı şirkətlə əlaqə saxladıq. 24 saylı marşurutun kalon rəisi Sərvər Əliyev faktı təsdiq etdi. O, hadisədən ötən gün axşam saatlarında xəbər tutduqlarını deyir.
Bakı Nəqliyyat Agentliyindən isə bildirdilər ki, məsələ ilə bağlı daşıyıcı şirkətə xəbərdarlıq ediləcək.