Cənub bölgəsində ardıcıl ikinci dəfə zəlzələ olub

Avqustun 28-də Lerikdə, Lənkəran stansiyasından 12 kilometr cənub-qərbdə 3,7 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:01:49-da qeydə alınıb.

Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

azərtac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31