Nəqliyyat vasitələrində olarkən kitab oxumaq doğrudurmu?

Bunun hansı müsbət və ya mənfi fəsadları ola bilər? Bu bir reallıqdır ki, günümüzdə ən çox vaxt keçirdiyimiz və ya vaxt itkisinə yol verdiyimiz anlar ictimai nəqliyyatda keçirdiyimiz zamandır.

Bunun hansı müsbət və ya mənfi fəsadları ola bilər?

Bu bir reallıqdır ki, günümüzdə ən çox vaxt keçirdiyimiz və ya vaxt itkisinə yol verdiyimiz anlar ictimai nəqliyyatda keçirdiyimiz zamandır. Xüsusilə, paytaxt küçələrində müntəzəm olaraq müşahidə edilən tıxaclar üzləşdiyimiz vaxt itkisinin daha da çoxaldır. Yaxud uzaq səfərlərə də çıxan zaman da istənilən nəqliyyat vasitəsində vaxt itkisi ilə üzləşirik. Hər nə qədər bir şəhərdən digərinə, bir ölkədən başqa bir ölkəyə səfər etmək ürəyimizcə olsa da, lakin bütün halda səfər müddətində olan məsafə bizim üçün vaxt itkisi hesab olunur. Ancaq bəzi insanlar ictimai nəqliyyatda keçirdiyi vaxt itkisini konpensasiya edə, onu yaxşı dəyərləndirə bilir. Kimisi ictimai nəqliyyatda musiqi dinləyir, kimisi kinoya baxır, kimisi isə kitab, qəzət və.s oxumaqla vaxtını dəyərləndirir. Bəziləri avtobusda, metroda ayaqüstə belə kitab oxuyarkən bəzilərimiz isə ürək bulanması və baş gicəllənmə səbəbilə oturduğu halda belə 2 sətirlik bir şey oxuya bilmir. Bəs bu problemin səbəbi nədir?

Psixoloq Nuray Lətifzadə deyir ki, buna səbəb daxili qulaqda yerləşən  və yarımdairəvi kanal adlanan sahədə baş verən proseslərdir. Onun sözlərinə görə, tarazlığı saxlamaq üçün yarımdairəvi kanalda kristal hissəciklər mövcuddur: "Bu kristal hissəciklərin pozisiyası pozulduqda baş gicəllənməsi halları baş verir. Bir çox insanda isə bu kristallar tez bir zamanda öz funksiyasını bərpa etdiyi üçün həmin insanlarda baş gicəllənmə halları baş vermir. Burada genetik quruluş da önəm kəsb edir. Bu vəziyyət daha da artaraq ürək bulanma və qusma kimi hallara da səbəb olur. Daha aydın izah etsək deyə bilərik ki, kitab oxuyarkən səhifələrə istiqamətlənən gözlərimiz beynimizə sabit durduğumuza dair bir siqnal göndərir. Ancaq nəqliyyat vasitəsi hərəkətli halda olduğu üçün bədənin digər hissələri beyinə "hərəkətdə olduğumuza" dair siqnal göndərir. Beynimiz isə eyni anda həm sabit qalmağa, həm də hərəkət etməyə öyrəşməyib. Bu iki siqnalın eyni anda gəlməsi isə beyinə "bədən zəhərləndi"siqnalı verir və refleks olaraq qusma hissi yaranır.  Bu hal hər insanda eyni cür özünü göstərmir. Bəziləri pəncərədən çölə baxaraq rahatlıq tapdığı halda, bəziləri nəsə oxumaq üçün tez-tez fasilə verməyi çıxış yolu olaraq seçirlər. Ancaq ümumi olaraq aşağıdakı məsləhətləri yerinə yetirsəz problemi nisbətən azaltmış olarıq". Psixoloq hesab edir ki, öncəliklə maşına minərkən gediş istiqamətində oturmaq tövsiyyə edilir: "Çünki belə olduğu halda kitab oxumaq daha rahat olur. Yəni kitab oxuyarkən arabir gözünüzü kənarlaşdırdıqda yolun düz istiqamətini görəcəksiz və beyin siqnalları beyinə düzgün informasiya ötürə biləcək. Digər xəstəlikləri olan insanlarda bu problemə rast gəlmə riski daha yüksəkdir. Məsələn qulaq xəstəlikləri, daxili qulaq əməliyyatı keçirmiş şəxslər, şəkərli diabet xəstələri daha çox risk altındadırlar. Ona görə bu problemlə rastlaşdığınız zaman həkim müayinəsindən keçərək problemin kökünü tapa bilərsiz. Daha sonra bədəninizin beyinə "hərəkət edirik" siqnalı göndərməməsi üçün bacardığınız qədər az hərəkət edin. Xüsusilə baş, boyun nahiyəsini hərəkət etdirməməyə çalışın. Maşınla səyahət edirsinizsə çalışın pəncərəni az miqdarda açıq qoyun. Çünki həm "maşın tutması",  həm də indi danışdığımız problemdən əziyyət çəkən insanlarda həmin an nəfəs almada problemlər yaranır. Mütəmadi qəbul edilən oksigen nəfəs aktını yaxşılaşdırır və insana rahatlıq verir. Ancaq diqqət edilməsi bir şey var ki, pəncərəni açarkən tam açmayın. Bu halda sürətlə gedən nəqliyyat vasitəsində çöldən gələn küləyin səsi sizə əlavə narahatlıq yarada bilir. Məsələn qulaqda uğultu, üzdə quruluq, kitabın vərəqlərinin uçması və.s. Bu isə diskomfort deməkdir".  Nuray Lətifzadə deyib ki, səyahət zamanı kitab seçərkən həriflərin ölçülərinə də diqqət etmək lazımdır: "Çox xırda yazılmış həriflər gözdə ağırlıq yarada bilər. "Maşın tutması"ilə bağlı bəzən bir sıra dərmanlar təyin olunur. Amma əgər sizdə "maşın tutması" yalnız kitab, qəzet oxuyarkən baş verirsə bu cür dərmanlardan istifadə etməniz məsləhət bilinmir. Çünki bu dərmanların tərkibində diqqət yayındırıcı və sakitləşdirici maddələr olduğu üçün kitab oxumanızda problemlər yaşana bilər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31