Bu ilin 6 ayında 369611 kv. metr sahə məcburi dezinfeksiya edilib
16 Avqust 2018 13:25 SosialDövlət Baytarlıq Xidməti tərəfindən cari ilin yanvar-iyul ayları ərzində respublikada 2497216,13 kv. metr sahə profilaktik, 369611 kv. metr sahə məcburi dezinfeksiya edilib. "OLAYLAR"-a Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsindən bildirilib ki, bundan başqa 69100 kv. metr sahə dezinseksiya və 1186 kv.metr sahə deratizasiya tədbirlərinə cəlb edilib.
Hazırda ölkə ərazisində epizootik durum sabitdir və təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31