Qurban bayramı ilə əlaqədar müvəqqəti kəsim məntəqələri yaradılır
16 Avqust 2018 11:52 SosialQida Təhlükəsizliyi Agentliyinin tövsiyə və metodiki dəstəyi ilə Qurban bayramında əhalinin rahat və sanitar-gigienik normalara uyğun şəraitdə heyvan kəsimini təmin etmək üçün yerlərdə müvəqqəti kəsim məntəqələri yaradılır. Bu barədə məlumat "OLAYLAR"-a Qida Təhlükəsizliyi Agentliyindən daxil olub. Bildirilib ki,
bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31