Azərbaycan əhalisinin sayı açıqlandı
16 Avqust 2018 11:03 SosialAzərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 38 049 nəfər artaraq bu il iyul ayının 1-i vəziyyətinə 9936134 nəfərə çatıb.
Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31