Rusiyada deputat azərbaycanlıları sahibsiz evdə qeydiyyata alıb
15 Avqust 2018 22:42 SosialRusiyanın Voronej vilayətində kənd sovetinin deputatı xarici vətəndaşları özünün yaşayışa yararlı olmayan evində qeydiyyata aldığı üçün məhkəmə qarşısında cavab verəcək.
Olaylar.az Oxu.Az-a istinadla xəbər verir ki, söhbət 50 yaşlı Sergey Miroşnikovdan gedir.
Hüquq mühafizə orqanları əməkdaşlarının bildirdiyinə görə, bu ilin əvvəlində o, 5 azərbaycanlını məhz bu üsulla qeydiyyatdan keçirib.
Faktiki olaraq Azərbaycan vətəndaşları bu evdə yaşamayıblar. 2018-ci ilin aprel və may aylarında isə Miroşnikov daha 2 Azərbaycan və 2 Özbəkistan vətəndaşını saxtakarlıqla qeydiyyata salıb.
Deputata qarşı cinayət işi qaldırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31