Yayda enerji yığmaq üçün bu kokteyli için
15 Avqust 2018 18:14 SosialQapalı məkanda işləyən insanların 90 faizi hava çatışmazlığından əziyyət çəkir. Yorğun iş rejimindən sonra isə təmiz havada gəzməyə hal qalmır.
Bədənindəki oksigen çatışmazlığını aradan qaldırmaq üçün qidalardan istifadə etmək mütləqdir. Bunun üçün aşağıdakı məlhəmi hazırlayıb için:
O2 kokteyli
Bu kokteyli hazırlamaq üçün sizə yumurta ağı, jelatin, biyan kökü şirəsi, süd, azca su və "spume" qarışığı (köpük yaratmaq üçün kokteyllərə tökülən toz halında olan maddə) lazım olacaq. Yumurtanı beze halına gələnə qədər mikserlə qarışdırıb, üzərinə digər ərzaqları tökün. Köpük halına gələnə qədər mikserlə çalın. Daha sonra isə istəyən isti, istəyən isə soyuducuya qoyub soyuq halda içə bilər.
Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31