Ağsuda bruselyoza qarşı profilaktik tədbirlər aparılır

Respublikanın hər yerində olduğu kimi, Ağsuda da insanların və müxtəlif heyvanların yoluxucu xəstəliyi olan bruselyoza qarşı profilaktik tədbirlər davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, hazırda Ağsuda iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı profilaktik tədbirlər aparılır. Rayonun Hacıqədirli, Ərəbuşağı, Kalva, Nuran, Gəgəli, Sarvan və digər kəndlərində cavan iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmə işləri aparılır. Peyvəndləmə Türkiyə istehsalı olan "Brudoll-A" vaksini ilə 3-8 aylıq dişi (damazlıq) heyvanlara göz-damcı üsulu iləsağ qulağa nişan vurmaqla həyata keçirilir. İndiyə kimi rayon ərazisindəbruselyoz xəstəliyinə qarşı 4500 baş iribuynuzlu, 19100 baş xırdabuynuzlu heyvanda peyvənd işi aparılıb. Epizootik plana uyğun olaraq peyvəndləmə tədbirinin 6200 baş iribuynuzlu heyvanda aparılması nəzərdətutulur. Eyni zamanda, bruselyoz xəstəliyinin diaqnostikası məqsədilə 7105 baş iribuynuzlu heyvandan, 2508 baş qoçdan qan nümunələri götürülərək seroloji müayinə olunub. 2018-ci ilin yanvar-iyul  ayları ərzində respublika üzrə bruselyoz xəstəliyinə qarşı1462309 baş xırdabuynuzlu heyvanda "Rev-1" vaksini ilə, 329461 baş iribuynuzlu heyvanda "S-19"  vaksini ilə peyvəndləmə işləri aparılıb. Hal-hazırda ölkəərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə bu il 513040 baş iribuynuzlu, 150652 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31