Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə start verib

Azərbaycanda fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın qurulması Azərbaycan İlahiyyat İnstitutunun qarşısına qoyduğu prioritet istiqamətlərindən biridir.

İnstitutun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki,  bu məqsədlə təhsil ocağı Heydər Əliyev İrsini Araşdırma Mərkəziilə birgə Ümummilli Liderimiz Heydər Əliyevin 95 illiyinə həsr olunan layihəyə start verib. Layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  "1905.az" internet portalının bazasında keçiriləcək. Bununla bağlı "Heydər Əliyev və multikultural dəyərlər", "Heydər Əliyev və dövlət-din münasibətləri","Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması", "Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr", "Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu","Tolerantlığın Azərbaycan modeli" və s. mövzulardasilsilə diskussiyaların aparılması nəzərdə tutulub. Diskusiyalarda ölkəmizin tanınmış ilahiyyatçılarının, fəlsəfəçilərinin və jurnalistlərinin iştirakı nəzərdə tutulub. Layihə başa çatdıqdan sonra diskussiyaların stenoqramı əsasında kitabın nəşr edilməsi planlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31