Qanunsuz ov edən şəxsə 1000 manat məbləğində cərimə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanunsuz ov edilməsi hallarının qarşısını almaq məqsədilə Qobustan rayonu ərazisində reyd keçirilib.
15 Avqust 2018 11:44 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanunsuz ov edilməsi hallarının qarşısını almaq məqsədilə Qobustan rayonu ərazisində reyd keçirilib.
Olaylar.az bildirir ki, reyd zamanı rayonun Çuxanlı kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılaraq ondan ov tüfəngi və ovlanmış tülkü götürülüb.
Araşdırma zamanı qanun pozucusunun Qobustan rayon sakini Şahin Maksudov olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və ona qanunamüvafiq qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.