Bu rayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Son günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsinin yüksəlməsilə əlaqədar Bakı şəhərinin Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə, həmçinin Hacıqabul rayonunun yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. 

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31