Oğlu Həmidə Ömərova haqda: "Başımı götürüb qaçmaq istəyirəm"

Xalq artisati Həmidə Ömərovanın oğlu Rəhim anasından danışıb.

Rəhim "Xəzər maqazin"ə açıqlamasında anasını az-az görməsindən gileylənib:

"Bütün günü çəkilişlərdə olur. Evdə görəndə sevinirəm. Evdə o qədər bir-birimizi az görürük ki, incitməyə vaxt tapmırıq. Ancaq bir-birimizə "salam-sağ ol" deyirik. 
 

İncəsənət mənlik deyil, ürəyim bu sahədə olmaq istəmir. Anamın beş-altı filminə baxmışam. 

18 yaşım olandan deyir evlən. Başımı götürüb qaçmaq istəyirəm. Tələsən təndirə düşər. Mən də tələsmirəm".

H.Ömərova övladını tək böyütdüyünü, onu tezliklə evləndirmək istədiyini söyləyib:

"Onun dilindən tərif eşitmək qəhrəmanlıqdır. Tək uşağa baxmaq əziyyətdir. Onun hər şeyinə dözürsən, nə istəyir alırsan. Nənə olmaq istəyirəm. Deyirəm, oğlum, evlən, qoy nəvələrimə baxım".

Axsam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31