Dövlət İmtahan Mərkəzi ilə Bilik Fondu arasında əməkdaşlıq

Ölkə əhalisinin maarifləndirilməsi və təhsil alan gənclərin elmi biliklərinin artırılmasında birgə fəaliyyətin təşkili, müştərək maarifləndirici layihələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.

Olaylar.az bildirir ki, mərkəzdə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini Namiq Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və hər iki qurumun əməkdaşları iştirak ediblər.

Əməkdaşlıq sazişində orta, ali, texniki-peşə təhsili müəssisələrində gənclərin maarifləndirilməsinin, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsinin, eləcə də birgə nəşrlərin hazırlanması, kitabçalar, broşürlər və analitik materialların tərtib edilməsi, nəşri və yayılmasının təmin edilməsi nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzi və Bilik Fondu tərəflərin məqsəd və vəzifələrinin reallaşdırılması istiqamətində respublikada və xarici ölkələrdə həyata keçirilən maarifləndirici tədbirlərdə, o cümlədən elm və təhsil layihələrində, konfranslar, Mərkəzin araşdırmaları əsasında müəyyənləşən ən qabaqcıl məktəblərin təcrübəsinin regionlarda yayılması və müəllimlərin simpoziumlarının keçirilməsi ilə bağlı birgə fəaliyyət barədə razılığa gəliblər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31