Bakıda vətəndaş soyunub "Qaçqınkom"un binasına çıxdı: özünü atmaq istəyir- FOTOLAR
13 Avqust 2018 14:18 SosialBakıda Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında hadisə yaşanıb.
Olaylar.az AZXEBER.COM-a istinaden xeber verir ki,hadisə şahidlərinin göndərdiləri görüntülərdə, orta yaşlı vətəndaş yarıçılpaq halda binanın qəbul şöbəsinin yerləşdiyi korpusuna çıxıb və oradan özünü aşağı atacağını bildirib. Hadisə yerinə FHN-nin xilasedicilərin və çoxlu sayda polis əməkdaşları cəlb edilib.
Qəbul otağında olan və daha sonra binanın axırıncı mərtəbəsinə çıxan şəxs probleminin həllini tələb edir.
Hadisə yerindən çəkilmiş foto və videoları təqdim edirik. Ətraflı məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31