“WhatsApp”la bağlı mühüm xəbər: yazdıqlarınızı oxuyacaqlar
13 Avqust 2018 13:42 Sosial"Facebook"a məxsus "WhatsApp" messenceri bundan sonra istifadəçilərin məlumatlarının şifrələnməsi texnologiyasından istifadə etməyəcək.
Bu barədə "Akket" nəşri yazıb.
Məlumata görə, yenilik sayəsində xüsusi xidmət orqanları asanlıqla istifadəçilərin bütün yazışmalarını oxuya biləcəklər.
Qeyd olunur ki, messencer rəhbərliyi "Facebook"un tələbi ilə bu addımı atmalı olub.
"Güc qurumları (tez-tez baş verən terror aktlarına görə) daha çox bu fikrə gəlirlər ki, cinayətkarlar məşhur messencerlər üzərindən ünsiyyətə üstünlük verirlər", - "Akket" yazır.
Bütün "WhatsApp" istifadəçilərinin yazışmalarının şifrəsinin artıq 2019-cu ildə dayandırılacağı gözlənilir./Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31