Restoranının mexanikini "tok" vurub öldürdü - AZƏRBAYCANDA FACİƏ
12 Avqust 2018 10:32 SosialSabirabad rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, rayonun Surra kəndində yerləşən restoranlardan birində mexanik işləyən 1965-ci il təvəllüdlü Cəfərov Usubəli Əliqulu oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.
Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31