Gürcüstana qar yağdı – VİDEO
10 Avqust 2018 14:09 SosialGürcüstanın kurort bölgəsi olan Qudauriyə qar yağıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı "Facebook" istifadəçiləri video paylaşıb.
Qardan əvvəl isə bölgəyə güclü yağış və dolu düşüb. Kazbeqi kəndinin sakininin sözlərinə görə, Rusiya ilə sərhəd bölgələrə də qar yağır.
"Deyirlər ki, Quduariyə ötən gündən qar yağır. Bizdə də hava əlverişsizdir, gah yağış, gah qar yağır, gah da dolu düşür", - kənd sakini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31