Bakıda tramvayların bərpası gözlənilir? - Aidiyyəti qurumlar müzakirələr aparacaq
10 Avqust 2018 12:49 SosialDövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, S.Nuriyev bildirib ki, Bakı şəhərinin Baş Planı çərçivəsində Bakıda tramvayların bərpası ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılacaq:
"İndiki mərhələdə bu barədə dəqiq fikir söyləmək tezdir".
Komitə sədri bildirib ki, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31