Uşaqlar niyə yalan danışmağa meyilli olurlar?
9 Avqust 2018 13:37 SosialBu mənfi tendensiya əkrər hallarda valideynlərdən qaynaqlanır
Cəmiyyətimizdə bir qayda olaraq müşahidə etdiyimiz neqativ hallardan biri də insanların bir-birinə yalan danışması, bir-birini aldatmasıdır. Hətta vəziyyyət o həddə çatıb ki, böyüklərin addımbaşı yalan danışdığını görən uşaqlar da daha çox yalan danışmağa üstünlük verirlər. Hər nə qədər evdə və məktəbdə uşağa yalan danışmamaq, doğru, dürüst olmaq tövsiyə edilsə də, lakin uşağın düşmüş olduğu mühit onu bu kimi pis vərdişlərə adətkar edir. Psixoloq Turanə Rzayeva da hesab edir ki, uşaq düşmüş olduğu mühitdən, ətrafında gördüyü insanların bir-birinə doğru, dürüst davranmamasından dolayı yalan danışmağa meyilli olur: "Valideyin və müəllimləri yalandan başqa heç nə çox əsəbləşdirmir. Böyüklər ehtiyyat edirlər ki, kiçik yaşından yalan danışmağa başlayan uşaqda bu xarakterə çevriləcək və onlar ömür boyu bundan əziyyət çəkəcəklər. Bəs uşaqlar nə üçün yalan danışır? 3-7yaşlı uşaqlar xəyalla gerçəyi bir-birindən ayırmağda çətinlik çəkirlər. Buna görə də öz xəyallarının məhsulunu real kimi göstərə bilərlər. Məsələm: "Mənim böyük filim var.", "Atam mənim üçün təyyarə alıb" və s. 7 yaşdan sonra, xüsusilə 11 yaşdan sonra uşaqların hansı mövzularda yalan danışdığına fikir vermək lazlmdır. Yalan - bəzən müdafiədir. Yaşı nisbətən böyük olan uşaqlar valideyinlərin qəzəb və aqressiyasından xilas olmaq üçün yalana əl atır. Yalanla müdafiə olunmaq təkcə ailədə deyil, eləcə də ondan kənarda özünü göstərir.Uşaq bilir ki, pis davranışına görə ona cəza verəcəklər. Bəs əgər yalan desə necə? Bəlkə o zaman cəzadan qaça bilər. Məktəbəqədər mərhələdə yalan danışmaq azalmalıdır. Yox əgər bu davam edirsə, artlq davranış pozuntusudur". Psixoloq deyir ki, zəkası aşağı olan uşaqlar reallıqdan çox-çox fərqlənən yalanlar danışarlar: "Patalojı yalan danışan uşağın heç bir məqsədi yoxdur, olmayan şeylər haqqında danışıb çevrəni təəccübləndirmək onların çox xoşuna gəlir. Hələ ki uşaqlar balacadı doyunca yalan danışa bilərikmi onların yanında? Unutmayaq, uşaqlar hər şeyi özlərinə çəkir. Əksər uşaqlar oyuncaqlarla deyil, böyüklərin əşyaları ilə oynamağa üstünlük verirlər. Məsələn saatımızla oynamaq istəyən uşağın qoluna piramidanın halqasını keçirdib- "Bax bu sənin saatındlr-deyirik. Yaxud "gəl yeməyini ye səni parka aparacam". Halbuki bunu etmirik. Məgər yalanın təməlini özümüz qoymadıqmı? Ana və atasının yalan danışdığını görən uşaq zamanla bunun normal və qəbul edilən bir hal olduğunu düşünəcək. Belə bir eksperiment aparılıb: 3 yaşlı uşaqlara arxalarında maraqlı bir əşyanın olduğunu, ancaq ona baxmamaq tapşırılıb. Eksperimentator otaqdan çıxan kimi bütün uşaqlar arxaya çevrilib. Arxaya baxdınmı sualına hamısı -yox-cavabını veriblər. Bu eksperimentdə uşaqlar bizə göstərirlər ki, belə davranış bütün uşaqlar üçün normaldı. Axı onlara maraqlı idi". Bəs uşaqlar nə üçün yalan danışır?. Psixoloq bunun səbəblərinə də aydınlıq gətirib: "Müəyyən yaşlarda yalan və gerçəyi ayıra bilmədikləri, diqqət çəkmək, uğursuzluqlarını gizlətmək, ətrafdakıların güvənini qazanmaq, valideyinlərindən,yaxud ətrafda kimdənsə nümunə götürdükləri üçün. Eləcə də cəzadan xilas olmaq, intiqam almaq, kiçik problemlərindən xilas olmaq, heç kimdən asılı olmadıqlarını göstərmək və ətrafdakıların diqqətini öz üzərinə çəkmək üçün. Gəlin öz uşaqlığımızı xatırlayaq. Axı bizdə yalanlar danışmışıq. Biz güclü, uşaq isə zəifdir. Biz bir şeyi istədiyimiz halda uşaq başqasını istəyirsə yalan danışmaqdan başqa yol saxlamırıq. Əksər vaxt çox valideyinlər belə düşünür ki, onlar hər şeyi bilir və hər şeyin ən yaxşısını seçirlər. Bu an kiçik və olduqca vacib nüansı qaçırdırıq. Yerinə qərar verdiyimiz bizim uşağımız olsa da, o da bir şəxsiyyətdir, öz fikirləri və planları ola bilər. Artıq övladınız sərbəst qərar verməyə çalışırsa, ona mane olmayın. "Sən hələ balacasan, sən nə bilirsən ki, mənə yolda göstərirsən" deyib onu alçaltmayın, özgüvənini qırmayın ki, sonradan harda səhf etdim, uşağım mənə yalan danışır deməyəsiniz. Əgər uşagın 7 yaşı olmayıbsa, o realda olanlarla xəyallarını qarışdıra bilər. Məsələn: uşaq böyük həvəslə uçan fil gördüyünü danışır. Belə fantaziyalarda pis heç nə yoxdur. Fantaziya yalandan onunla fərqlənir ki, uşaq bununla heç nə əldə etmək və sizi qıcıqlandırmaq istəmir. Əgər o fantaziyalarını real baş vermiş hadisəyə bağlayırsa, bizim buna uyğun cavabımız olmalıdır". Ekspert qeyd edir ki, yalan mövzusunda bir çox psixoloqların araşdırmaları olsa da, Kaliforniya universitetinin professoru Pol Ekman bu istiqamətdə daha çox öyrənib və kitab nəşr edib: "O belə hesab edir ki, yalan-valideyinlərlə uşağın arasında inamsızlığın ilk göstəricisidir. Bu özünün gücünə və bacarığına inamsızlıqdır.Yalan onu deyir ki, ana və ata mənə lazım olan çətin anımda yanımda olmayacaqlar. Uşaqlar heç vaxd boşuna yalan danışmır. İstənilən yalanın səbəbi vardır. Uşaq üçün bu öz həyatında nəyisə dəyişmək vasitəsidir. Ona cəza vermək, qadağalar qoymaq yalanı azaltmayacaq, sadəcə övladınızın yanında olun, onu müşahidə edin və onu öyrənin. Kiçik məktəb yaşı dövründə isə uşaqlar şüurlu şəkildə yalan danışırlar". Psixoloq deyib ki, nisbətən böyük uşaqların yalan danışma səbəbləri bunlardır: "Diqqət cəlb etmək. Dostların əhatəsində müdafiə olunmaq. Öz sirrini qorumaq. Pis vəziyyətlərdən qaçmaq. Özünü təsdiq etmək. Alçalmaq, yaxud utanmaq hissindən azad olmaq. Öz gücünü yoxlamaq. Kollektivdəki problemlər. Valideyinlərlə sərhədlər qoymaq və s. Doqquz yaş və daha böyük uşaqların yalan danışmasını normal qəbul etməməliyik və bunun səbəbləri mütləq araşdırılmalıdır.Yeniyetmələrdə yalanın əsas səbəbi qısqanclıq, rəqabət hissi, geri çevrilmə qorxusu, qəbul edilməmə, daha çox diqqətə ehtiyac hissindən ola bilər. Əgər uşaq yalnız ana və ataya yalan danışırsa bunun səbəbi nə ola bilər? Ana və atanın reaksiyasından qorxa bilər. Bu vəziyyət mütləq ailədə işlənməlidir.Yəni ana və atadan gedən mesajlar, eləcə də valideyin kimi uşağa yanaşma işlənməlidir. Yalan ortaya çıxan kimi vurmaq, cəza vermək, döymək çıxış yolu deyil. Uşaqla söhbət etmək yalanın nə özümüzün, nə də digər insanlar tərəfindən yaxşı qarşılanmadığını izzah etməliyik. Az nəsihət verib,çox qulaq asmalıyıq". Ekspert hesab edir ki, uşağın şəxsiyyəti deyil, davranışı hədəfə alınmalıdır: "Hiperaktiv uşaqlarda uğursuzluqlarını gizlətmək və güvən hissi yaratmaq üçün yalan danışa bilərlər. Diqqət əksikliyi olan bir uşaq xüsusilə məktəbdə diqqətini uzun müddət cəmləyə bilməz, deyilənləri yadında saxlamaz, ev tapşırıqlarında çox çətinlik çəkər, müəllimləri və dostlarını narahat edən davranışlar nümayiş etdirə bilərlər. Bu zaman uşağı tənbəllik və uğursuzluqla günahlandırmamalıyıq.. Uşaq səhf hərəkət etdikdə hər şeyi olduğu kimi etiraf etdiyi zaman cəzalandırılsa o, növbəti dəfə cəzadan xilas olmaq üçün yalana əl atacaq. Əgər dərsindən zəif qiymət aldıqda "yenə qiymətlərin pisdi nə vaxt yaxşı qiymət alacaqsan?" desək növbəti dəfə zəif qiymət alanda bizə deməyəcək, yaxud bizdən gizlədəcək. Sosial vəziyyəti aşağı olan ailələrdə uşaq digərlərində olan əşyalara qısqanclıqla yanaşıb yalan danışa bilər. Məsələm:Velosipedi olmayan uşaq velosipedi olduğunu, lakin sürmək istəmədiyini deyə bilər. Bacı-qardaş qısqanclığı varsa ana-atanı cəzalandırmaq üçün yalan danışa bilərlər.Yalan danışmaq real olmayan duyğu və düşüncələrin varmış kimi izzah edilməsidir. Hər səhvə görə verilən ağır cəzalar daha çox yalana gətirib çıxardır. Uşaqlara izah edilməli məsələlərdən biri də nə vaxt yalan danışa bilərikdi. Əgər tanımadığı adam evin ətrafında gəzirsə və artlq qapıya əl atıbsa bu zaman atam işdədi 4 saatdan sonra gələcək demək təbii ki uyğun deyil. Bu zaman atam mağazaya düşüb, indi qayıdacaq demək tam vəziyyətə uyğundur. Əgər ad günündə ikinci adamda eyni hədiyyəni veribsə " dünən eynən bundan əmim almışdı" demək əvəzinə neçə vaxtdır gözlədiyim hədiyyədir demək də olar. Öz övladlarınızla ən yaxşı dost olmağa çalışın. O sizə inanmağa və etibar etməyə başlayanda sizi özünə həmfikir, dayaq görəndə sizə yalan danışmaq üçün çox az səbəbi olacaq. Siz aranızdakı münasibətlərdə yaranan dəyişikliyi hiss edəcəksiniz. Əlbətdə bu anidən olmayacaq, zaman lazımdı, amma bir gün mütləq bunu hiss edəcəksiniz. Əvvəllər sizdən gizlətdiyi, danışmağa qorxduğu yaxud utandığı mövzuları birdən-birə sizlə bölüşməsədə zamanla artıq bir çox sirlərini öyrənmiş olacaqsınız. Daim övladlarınızın yanında olun,onlara dəstək olun və bunu mütləq onlara bildirin".
Füzuli