“İrəli” İctimai Birliyi Avropa Komissiyasının EVS proqramı üzrə akkreditasiyanı qazanıb

"İrəli" İctimai Birliyi Erasmus+ proqramı nəzdində olan Avropa Könüllülük Xidməti (European Volunteering Service) ilə bağlı olaraq akkreditasiyanın yenilənməsi və səviyyəsinin artırılması üçün müraciətin son mərhələsi olaraq EVS təmsilçisi olan Maja Selanla görüş keçirib.

İctimai Birliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüş zamanı təşkilatın fəaliyyəti və planlaşdırılan aktivitilər haqqında təqdimat təqdim edilib. Eynisi ilə Avropa Könüllülük Xidməti üçün tələb olunan şərtlər və potensial müraciətlər müzakirə edilib.

Nəticədə isə "İrəli" İctimai Birliyi Avropa Komissiyasının EVS proqramı üzrə 2020-ci ilin sonuna kimi 2 tərəfli (Göndərən və Qəbul edən Təşkilat) akkreditasiyanı qazanıb. Paralel olaraq yeni təşəbbüs olan European Solidarity Corps üçün də bu akkreditasiya keçərli olub və yaxın zamanlarda hər iki platformalarda əməkdaşlıqların artırılması və yerli gəncləri məlumatlandırmaq üçün bir sıra tədbirlər keçiriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31