“O səs Türkiyə” jürisindən ayrıldı - FOTO/VİDEO

Müğənni Gökhan Özoğuz beş ildir jürilik etdiyi "O səs Türkiyə" proqramından ayrıldığını bildirib.

Olaylar.az Oxu.Az-a istinaden  xəbər verir ki, "Athena" qrupunun solisti bu barədə sosial media hesabında məlumat verib.

"Yeni albomum və sizinlə daha çox konsertlərdə görüşmək səbəbilə "O səs Türkiyə" jürisindən ayrılıram", - deyə Gökhan yazıb.

Qeyd edək ki, bir neçə gün öncə Acun Ilıcalı komandaya aparıcı Beyazıt Öztürkün qatılacağını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31