Bakıda bu avtobusda gediş haqqı hələ də 20 qəpikdir (VİDEO)
9 Avqust 2018 10:32 SosialAvqust ayının birindən etibarən Tarif (qiymət) Şurasının qərarı ilə Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidmətinin qiyməti qaldırıldı. Yeni qərara görə Bakı metrosunda və avtobuslarda gediş haqqı 30 qəpik müəyyən edildi.
Olaylar.az baku.ws-ə istinadən xəbər verir ki, hələ də paytaxtda gediş haqqı 20 qəpik olan avtobus xidmət göstərir.
Bu avtobus "Əhmədli" metrostansiyasının qarşısından Xəzər Univermağına qədər işləyir. Sürücülər gediş haqqının artmamasını onların xərclərinin stabil qalması ilə izah edirlər. Bildirirlər ki, yanacağın qiyməti bahalaşmayana qədər bu avtobuslarda gediş haqqı 20 qəpik olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31