MN: Azərbaycan Ordusunun mövqelərində heç bir partlayış baş verməyib
8 Avqust 2018 20:41 SosialAzərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib".
Bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır: "Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31