Gürcülər Tovuzda qəzaya düşdü
8 Avqust 2018 18:19 SosialTovuz rayonunda yol qəzası baş verib.
Hadisə rayonun Cəlilli kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində Gürcüstan vətəndaşı olan ər və arvad müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1964-cü il təvəllüdlü Ziyanida adlı qadın xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb. Onun həyat yoldaşına isə ambulator yardım göstərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31