Psixoloji maarifləndirilmə sahəsində birgə fəaliyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Olaylar.az bildirir ki, mərkəzin "Gənclik" filialında keçirilmiş tədbirdə Bilik Fondunun icraçı direktoru, padaqogika üzrə fəlsəfə doktoru Oktay Səmədov, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi və "Psixoloji Xidmət və Tədqiqatlar" İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, Fondun və Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbirdə Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində əhalinin psixoloji maarifləndirilməsi istiqamətində birgə fəaliyyət imkanları, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bilik Fondunun icraçı direktoru O.Səmədov bildirib ki, hər iki qurum ölkə əhalisinin humanitar biliklərinin artırılması və psixoloji maarifləndirilməsi məqsədi ilə təşkilati və təbliğat xarakterli birgə tədbirlər həyata keçirmək niyyətindədirlər.

Mərkəzin rəhbəri T.Məmmədova əhalinin psixoloji maarifləndirilməsi və psixoloji sağlamlığının təmin edilməsi ilə bağlı materialların hazırlanıb dövri mətbuatda və sosial şəbəkələrdə yayılmasında, sosioloji sorğuların keçirilməsi və təhlillərin aparılmasında, psixoloq, psixopedaqoq, loqoped və psixoterapevtlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində faydalı olacağına əmin olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31